AzVision.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib. O bildirib ki, alyansdakı müttəfiqlər zədələnmiş enerji obyektlərinin bərpasına kömək etmək üçün artıq Ukraynaya generatorlar və ehtiyat hissələri bağışlayıblar.
NATO Baş katibi eyni zamanda Rusiyaya silah satan ölkələrə də xəbərdarlıq edib: “Rusiyanın silah ehtiyatı azaldığı üçün digər ölkələrdən silahlar alır və bunun nümunəsi İrandan alınan silahlardır. Heç bir ölkə Rusiyanı silahla təchiz etməməlidir”.
AzVision.az