İki türk əsgəri şəhid oldu, üçü yaralandı

 İki türk əsgəri şəhid oldu, üçü yaralandı
  26 Noyabr 2022    Oxunub:685
İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçuların atəşi nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 3 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Yaralılarımız dərhal xəstəxanaya qaldırılıb və müalicələrinə başlanılıb. Bizi dərin acı və üzüntüyə boğan bu olayda həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbir, yaralılarımıza şəfa diləyirik”, - Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.

AzVision.az



Teqlər: Türkiyə   Şəhid  





Xəbər lenti