Burkina-Fasoda baş verən partlayışda 4 əsgər ölüb

Burkina-Fasoda baş verən partlayışda 4 əsgər ölüb
  26 Noyabr 2022    Oxunub:567
Burkina-Fasonun şimalında silahlılar tərəfindən yola kustar üsulla hazırlanmış bomba qoyulması nəticəsində 4 əsgər həlak olub.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb.

Daha bir əsgər yaralanıb və onlara tibbi yardım göstərilib.

Baş Qərargah törədilən terror aktına görə məsuliyyət daşıyanların adlarını açıqlamayıb.

AzVision.az



Teqlər: Burkina-Faso   Partlayış  





Xəbər lenti