Maykl Doran: "Azərbaycanın gücü günü-gündən artır"

      Maykl Doran:    "Azərbaycanın gücü günü-gündən artır"
  26 Noyabr 2022    Oxunub:623
“Orta Dəhliz təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün çox mühüm layihədir”.
AzVision.az xəbər verir ki, bunu “Report”un Ağdama ezam olunmuş müxbirinə açıqlamasında Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran deyib.

“Azərbaycanın gücü günü-gündən artır. Orta Dəhliz layihəsi təkcə Azərbaycana deyil, bütün dünyaya böyük perspektivlər açır”, - alim bildirib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ilə Avropanın kəsişməsində yerləşdiyinə görə bu ölkədən keçən nəqliyyat və kommunikasiya dəhlizləri bir çox dövlətlər üçün yüklərin tranziti üçün geniş imkanlar yaradır.

M.Doran işğaldan azad edilmiş ərazilərin, xüsusən də Ağdam şəhərinin bərpası ilə bağlı fikirlərini bölüşərkən bərpaetmə işlərinin sürətli həyata keçirilməsindən təəccübləndiyini deyib: “Bir neçə gün əvvəl Zəngilanda səfərdə idim. Orada gördüklərim məndə dərin təəssürat yaradıb”.

AzVision.az



Teqlər:





Xəbər lenti