İranda etirazlarda 448 nəfər öldürülüb, 63-ü uşaqdır

   İranda etirazlarda 448 nəfər öldürülüb,    63-ü uşaqdır
  26 Noyabr 2022    Oxunub:598
İranda davam edən etiraz nümayişləri zamanı 447 nəfər hökümət qüvvələri tərəfindən öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə İranın Hüquq Müdafiəçiləri Qrupu məlumat yayıb. Bildirilib ki, öldürənlərdən 63-ü uşaqdır.

Məlumatda 18170 nəfərin saxlanıldığı, onlardan 3312-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi bildirilib. Saxlanılanlardan 565 nəfəri tələbədir.

Habelə bu müddət ərzində 156 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin tələbələri etirazlara dəstək veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti