Rusiya UNESCO-ya nota verib
Bildirilib ki, rusiyalı diplomatlar Parisdə keçirilən UNESCO-nun Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasının 33-cü sessiyasında iştirak etmək üçün viza ala bilməməsindən sonra rəsmi Moskva təşkilata nota göndərib:
“Nümayəndəliyimiz diplomatik kanallar vasitəsilə UNESCO-nun katibliyinə müraciət edib - nota göndərib və katiblik qarşısında təşkilat ilə Fransa tərəfi arasında bağlanmış müqaviləyə uyğun olaraq bu dövlətin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi barədə məsələ qaldırıb”.
AzVision.az
Teqlər: