Financial Times: "Avropanın enerji böhranı bir neçə il davam edə bilər"

      Financial Times:    "Avropanın enerji böhranı bir neçə il davam edə bilər"
  24 Noyabr 2022    Oxunub:1004
Avropa regionunda enerji böhranı bir neçə il davam edəcək.
Bu barədə " Financial Times "a İsveçrə-Niderland neft treyderi "Vitol"un sözçüsü Sid Bambavale bildirib. Onun sözlərinə görə, təbii qazın əlavə tədarükü ilə enerjiyə tələbat azaldılmalıdır. Eyni zamanda, tələbi cilovlamaq üçün qaz qiymətlərinin yüksək səviyyədə davam etməsi vacibdir:

"Avropa qaz böhranı yaşayır, bu, iki-üç il davam edəcək. Yüz milyardlarla avro xərcləməyə, anbarları doldurmağa və ev təsərrüfatlarına kömək etməyə baxmayaraq, böhran təhlükəsi böyükdür".

AzVision.az


Teqlər:





Xəbər lenti