İlham Əliyevin Aleksandar Vuçiçlə geniş tərkibdə görüşü olub

   İlham Əliyevin Aleksandar Vuçiçlə geniş tərkibdə görüşü olub
  23 Noyabr 2022    Oxunub:516
Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə geniş tərkibdə görüşü olub.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidentini salamlayan Serbiya Prezidenti Aleksandar Vuçiç deyib:

- Hörmətli cənab Prezident.

Əziz dostlar.

Serbiyaya gəldiyinizə görə təşəkkür edirik. Bu gün Sizi Belqradda görməkdən çox məmnunuq. Sizi yenidən öz ölkəmizdə görürük və ümid edirik ki, biz də Sizin ölkəyə səfər edəcəyik. Səfər etdiyinizə görə minnətdarıq və bilirik ki, Siz bu günlərdə çox məşğulsunuz. Amma öz tərəfimdən deyə bilərəm ki, Sizin fəaliyyətiniz daha məhsuldardır. Biz ən yaxşı dostlarıq. Bilirəm ki, ölkəmizə səfərinizi öz gündəliyinizə salmaq nə dərəcədə çətin idi.

Təkbətək görüş zamanı ölkələrimiz arasında real dostluq bir daha təsdiqləndi. Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək vermişik. Siz də həmişə heç də asan olmayan şəraitdə Serbiyanın ərazi bütövlüyünü və suverenliyini hər zaman çox dəstəkləmisiniz. Biz eyni addımları davam etdirəcəyik. Bilirəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan hər zaman eyni mövqedən çıxış edəcək.

Son dövrdə əldə etdiyiniz bir çox uğurlar münasibətilə Sizi təbrik edirik. İqtisadi uğurlarınız hər kəsin marağına səbəb olur. Biz Sizin timsalınızda real, çiçəklənən ölkəni, Serbiyanın daha böyük dostunu və müttəfiqini görürük. Gəldiyinizə görə bir daha təşəkkür edirik. Ümidvaram ki, mənim Bakıya səfərim və Sizin yenidən Belqrada gələcəyiniz zaman məsələləri müzakirə etmək üçün daha çox vaxtımız olacaq.
AzVision.az




Teqlər:





Xəbər lenti