Rusiyada partlayışda ölənlərin sayı 7-yə çatdı - YENİLƏNİB

Rusiyada partlayışda ölənlərin sayı 7-yə çatdı -  YENİLƏNİB
  19 Noyabr 2022    Oxunub:1366
Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 7-yə çatıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Valeri Limarenko bildirib. O ölənlərdən 3-nün uşaq olduğunu deyib.

Hazırda ərazidə itkin düşmüş sayılan daha 3 nəfərin axtarışları davam etdirilir.

***

Rusiyanın Saxalin vilayətində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 3 nəfər həlak olub.
AzVision.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şənbə günü vilayətin qubernatoru Valeri Limarenko məlumat verib.

"İlkin məlumata görə, Tımovskda binanın dağıntıları altından ölmüş 3 sakinin cəsədi çıxarılıb. Eynu zamanda xəsarət alanların sayı 9-a yüksəlib", - deyə V.Limarenko bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti