DYP sürücülərə müraciət edib

DYP sürücülərə müraciət edib
  15 Noyabr 2022    Oxunub:943
Baş DYP İdarəsi Bakı-Quba yolunda hərəkət məhdudiyyətləri ilə bağlı sürücülərə müraciət edib.
AzVision.az xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 2022-ci il 16 noyabr tarixindən, saat 08:00-dan etibarən 150 metr məsafədə bir hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Baş DYP İdarəsi yolun sözügedən hissəsində sürücüləri daha diqqətli olmağa, müvəqqəti yol nişanlarının tələblərinə, sürət rejiminə əməl etməyə, mövcud vəziyyəti düzgün qiymətləndirməyə çağırır.

Qeyd edək ki, yolun digər 2 hərəkət zolağının açıq olması şərti ilə tətbiq edilən məhdudiyyət tədbiri tikinti işləri bitənədək qüvvədə olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti