Bakı Limanında gübrə terminalı istifadəyə veriləcək

Bakı Limanında gübrə terminalı istifadəyə veriləcək
  14 Noyabr 2022    Oxunub:1185
Gələn ilin əvvəlində Bakı Limanın ərazisində gübrə terminalının istifadəyə verilməsi gözlənilir.
AzVision.az xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC -nin Ümumi Yük Terminalının rəisi Kamran Cəlili deyib. Onun sözlərinə görə, gübrə terminalında illik yükaşırma 3 milyon ton olacaq:" Terminal tikildikdən sonra saatda yükaşırma 600 ton olacaq. Əlavə olaraq, 6 min ton səpgili yükü aşırmaq mümkün olacaq ".

O vurğulayıb ki, gübrələrin Orta Asiya, Qazaxıstan və Türkmənistandan gətirilməsi nəzərdə tutulur. Burada əsasən kükürd, korbamid və ammonium -nitrat gübrələrin gətirilməsi planlaşdırılır.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti