İcbari sığorta şəhadətnaməsinə azı 5 il müddətində əlçatanlıq təmin ediləcək

İcbari sığorta şəhadətnaməsinə azı 5 il müddətində əlçatanlıq təmin ediləcək
  12 Noyabr 2022    Oxunub:773
Azərbaycanda icbari sığorta şəhadətnaməsinə ən azı 5 il müddətində əlçatanlıq təmin ediləcək.
AzVision.az -ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İcbari sığortalar haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna edilmiş dəyişikliklə sığortaçı və İcbari Sığorta Bürosu sığortalının və ya sığorta olunanın elektron sənəd formasında olan icbari sığorta şəhadətnaməsinə ən azı 5 il müddətində əlçatanlığını, habelə onu kağız daşıyıcıya keçirmək və elektron poçt ünvanına yönləndirmək imkanını təmin etməlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti