Füzulidə evdə partlayış: Xəsarət alanlar var

Füzulidə evdə partlayış:    Xəsarət alanlar var
  09 Noyabr 2022    Oxunub:699
Füzuli rayonunun Arayatlı kəndində evdə partlayış olub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ümumi sahəsi 208 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 53 m² olan talvar yanıb. Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti