Sarımsaq yemək ömrü 10 il uzada bilər

Sarımsaq yemək ömrü 10 il uzada bilər
  02 Noyabr 2022    Oxunub:1228
Müntəzəm olaraq sarımsaq istifadə etmək ömrü xeyli uzadır.
AzVision.az xəbər verir ki, dietoloq Ancelika Düval bunun səbəbini açıqlayıb.

"Sarımsaq bağırsaqlarda patogen mikrobları məhv edir, bu da immuniteti möhkəmləndirir. Çünki immunitet 70% bağırsaqlarımn mikroflorasından asılıdır.

Sağlam bağırsaq uzun ömür deməkdir. Eləcə də sarımsağı əzmək, doğramaq da nəfəs yoluna antimikrob maddələrin keçməsini və tənəffüs yolları ilə təsirini təmin edir.
Patogen bakteriyalardan qorunma uzun ömür üçün çox vacibdir. Orqanizmdə infeksiya və iltihabi proses nə qədər az olsa, o qədər yaxşıdır.

O, xromla zəngindir, qanda şəkəri kontrol edir, fermentlərin hasilini artırır.
Nəhayət sarımsaq həzm sisteminə müsbət təsir edir.

Ona görə də müntəzəm olaraq sarımsaq qəbul etmək ömrü 10 il uzada bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti