Azərbaycanda qaz hasilatı artacaq

   Azərbaycanda qaz hasilatı artacaq
  31 Oktyabr 2022    Oxunub:872
Gələn il Azərbaycanda neft hasilatı 4,6 % azalacaq.
Bu, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb. Rəydə qeyd edilib ki, əmtəəlik qaz hasilatının isə 6,2 % artacağı proqnozlaşdırılıb. Qaz hasilatının artımı hesabına neft-qaz sektoru üzrə ÜDM-də artım proqnozlaşdırılır.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, növbəti ildə ölkə iqtisadiyyatında təxminən 2,5 % ətrafında artım proqnozlaşdırılır və bu da Azərbaycanın rəsmi proqnozları ilə üst-üstə düşür. Pandemiyadan sonrakı dövrdə qeydə alınmış kumilyativ artımın isə 2023-cü ildə 12,2 %-ə yüksələcəyi nəzərdə tutulur.

AzVision.az



Teqlər:





Xəbər lenti