AzVision.az xəbər verir ki, tədbiri giriş nitqiylə açan layihə rəhbəri Əsmər Əziz layihənin məqsəd və vəzifələrini iştirakçıların diqqətinə çatdırıb. O, qeyd edib ki, layihənin əsas məqsədi daha çox gənci startup haqqında məlumatlandırmaq, onlara öz biznes ideyalarını gerçəkləşdirmək üçün əlaqələrin qurulmasına dəstək göstərməkdir. Tədbirdə 150 nəfər tələbə-gənc iştirak edib.
Tədbirin təlimçisi bu sahə üzrə ixtisaslaşmış peşəkar təlimçi Orxan Şahbaz olub.
AzVision.az