Turistlər Azərbaycanda 1,7 milyard dollar xərcləyib

   Turistlər Azərbaycanda 1,7 milyard dollar xərcləyib
  31 Oktyabr 2022    Oxunub:924
2022-ci ilin yanvar-sentyabr aylarında xarici vətəndaşlar bank kartları vasitəsi ilə Azərbaycanda 1,7 milyard manatlıq əməliyyat aparıblar.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın oktyabr sayında bildirilir. Hesabata görə, bu da illik müqayisədə 863,5 milyon manat və ya 50,79 % çoxdur.

Bu ilin sentyabr ayında isə əcnəbilərin bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 155,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 milyon manat yaxud 25,1 % çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti