"Azərbaycanda "Mir" kartı işləmir" - Mərkəzi Bank

  "Azərbaycanda "Mir" kartı işləmir" -    Mərkəzi Bank
  28 Oktyabr 2022    Oxunub:2504
Azərbaycanda "Mir" kart sistemi işləmir və Rusiya-Ukrayna müqanişəsindən öncə də işləmirdi.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı İdarə heyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib. O bildirib ki, beynəlxalq tələblərə riayət edilərək həm digər valyutalarda, həm də rublda ödənişlər müəyyən vaxt alsa da rahatlıqla həyata keçirilir:

"Banklarımızın sankisiyalara məruz qalmaması üçün Mərkəzi Bank tərəfindən nəzarət edilir. Banklar snaksiyalardan məlumatlıdır. Bu günə qədər hansısa bankın sanksiya altına düşməsini və ya düşə biləcək əməliyyatları etdiyini biz müşahidə etmirik. Hal-hazırda problem yoxdur".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti