İlin sonuna inflyasiyanın artması gözlənilir

   İlin sonuna inflyasiyanın artması gözlənilir
  28 Oktyabr 2022    Oxunub:998
2022-ci ilin sonunadək inflyasiyanın artmasını istisna etmirik
AzVision.az xbər verir ki, bunu cümə günü Azərbaycan Mərkəzi Bankı İdarə heyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sentyabr ayında Azərbaycanda inflyasiya 15,6 faiz, baza inflyasiya 14,1 faiz, qida inflyasiyası 21,8 faiz, qeyri-qida inflyasiyası 10,5 faiz, xidmətlər sektorunda inflyasiya 11,4 faiz təşkil edib.

"Bizim araşdırmalarımız göstəriri ki, Azərbaycanda inflyasiyanın artımı idxalla əlaqəlidir. İlin sonunadək inflyasiyanın artımını gözləyirik", - deyə o bildirib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti