Mərkəzi Bank uçot dərəcəsini artırdı

   Mərkəzi Bank uçot dərəcəsini artırdı
  28 Oktyabr 2022    Oxunub:934
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,75 %-dən 8 %-ə qaldırılması barədə qərar qəbul edib.
AzVision.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 1 faiz bəndi artırılaraq 5 %, yuxarı həddi isə yenə də 9,25 % müəyyən olunub.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 16-da ictimaiyyətə açıqlanacaq.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti