"AMB inflyasiya artımının qarşısını almaq üçün addımlar atır"

   "AMB inflyasiya artımının qarşısını almaq üçün addımlar atır"
  25 Oktyabr 2022    Oxunub:977
“Azərbaycanda son doqquz ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib”.
Bunu Milli Məclisdə deputatlarla görüşdə Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.AMB sədri ölkəmizdəki makroiqtisadi göstəricilərdən danışıb.

Bildirib ki, Azərbaycanda son doqquz ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib. Qeyri-neft sektorunda bu göstərici 10,1 faizdir. O, bildirib ki, ölkəmizin xarici ticarəti 19,2 milyard ABŞ dolları olub. Valyuta ehtiyatında 3,5 faiz artım var. Mərkəzi Bankın ehtiyatları isə 8,4 faiz artaraq, 7,7 milyard dollara çatıb.

Çıxışında iqtisadi göstəriciləri təhlil edən Taleh Kazımov inflyasiyanın artımının səbəblərinə toxunub, Mərkəzi Bankın bu istiqamətdə atdığı addımlardan danışıb.

AzVision.az



Teqlər:





Xəbər lenti