Türkiyə “Qazprom”dan endirimlər istəyəcək

   Türkiyə “Qazprom”dan endirimlər istəyəcək
  25 Oktyabr 2022    Oxunub:754
Türkiyənin maliyyə naziri Nurəddin Nəbati “Qazprom”dan qaz endirimi istəyəcəyini bildirib.
Bu barədə “The Financial Times” məlumat yayıb. Nebati qeyd edib ki, Rusiya ilə Türkiyə arasında yaxşı iqtisadi əlaqələr mövcuddur və bununla əlaqədar o, Rusiyadan aldığı böyük həcmdə qaza endirim etməyə çalışacaq.

“Türkiyə beynəlxalq maliyyə sistemi çərçivəsində ehtiyatlı davranır. Hər şey bizə qanuni yolla gəlir”. Bundan əlavə, Türkiyə rəsmisi qeyd edib ki, o, “Qazprom”dan qazın ödənişinin təxirə salınmasını da istəyəcək.

AzVision.az




Teqlər:





Xəbər lenti