Bloomberg: Rusiyanın neft gəlirləri fevral ayından bəri ən aşağı səviyyəyə düşüb

   Bloomberg:    Rusiyanın neft gəlirləri fevral ayından bəri ən aşağı səviyyəyə düşüb
  25 Oktyabr 2022    Oxunub:850
Oktyabrın 14-dən 21-ə kimi Rusiyanın xam neft gəlirləri sentyabrdan bəri rekord həddə düşüb. Moskvanın eyni dövrdə neft ixrac rüsumlarından əldə etdiyi gəlir fevralın sonundan bəri ən aşağı səviyyəyə düşüb.
Bu barədə “Bloomberg” məlumat yayıb. Həcmlərin azaldılması, 2021-ci ilin fevralından bəri xarici tədarüklər üçün ən aşağı rüsum dərəcəsi ilə birlikdə, Kremlin həftəlik neft gəlirlərini fevralın sonunda Ukraynada münaqişənin kəskinləşməsindən bəri ən aşağı səviyyəyə endirib.
Oktyabrın ikinci yarısının əvvəlində Rusiya xam neftinin Asiyaya tədarük həcmi də 2022-ci ilin iyunundaki pik dəyərlərlə müqayisədə kəskin şəkildə azalıb.

Qeyd olunub ki, Çin, Hindistan və Türkiyəyə tədarüklər iyun ayında gündə 2,2 milyon barellə pik həddinə çatıb. Oktyabrın 21-dək olan dörd həftə ərzində bu rəqəm gündə təxminən 330 min barel azalıb.

Bununla belə, 5 dekabr 2022-ci ildə qüvvəyə minəcək Aİ neft embarqosundan əvvəl hazırda tankerlərlə daşınan xammalın həcmi hələ də böyükdür. İndi hər gün 310 min bareldən çox Rusiya nefti dəniz yolu ilə göndərilir.

AzVision.az




Teqlər:





Xəbər lenti