“BP” bioqaz istehsalçısı “Archaea” şirkətini 4,1 milyarda aldı

“BP” bioqaz istehsalçısı “Archaea” şirkətini 4,1 milyarda aldı
  18 Oktyabr 2022    Oxunub:1511
Böyük Britaniyanın enerji şirkəti “BP” ABŞ-ın bioqaz istehsalçısı “Archaea Energy”ni 4,1 milyard dollara aldığını açıqlayıb.
Sövdələşmə 4,1 milyard dollar təşkil edəcək, burada 3,3 milyard dollar “Archaea” səhmdarlarına ödənişlərə, daha 800 milyon dollar isə şirkətin borclarını ödəməyə xərclənəcək. Eyni zamanda, “Archaea” səhmdarları hər səhmə görə 22 dollar alacaqlar.

Bioqaz xüsusi bakteriyaların təsiri altında poliqonlarda və ya təsərrüfatlarda biokütlənin parçalanmasından əldə edilən qazdır. “Archaea” şirkətinin bütün ştatlarda 50 fabriki var.

AzVision.az


Teqlər:





Xəbər lenti