Azərbaycan gündəlik neft hasilatı kvotasını yerini yetirib

Azərbaycan gündəlik neft hasilatı kvotasını yerini yetirib
  17 Oktyabr 2022    Oxunub:1060
Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 654 min barel olub.
Bu barədə AzVision.az -a Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, bunun 543 min barelini xam neft, 111 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılmasını nəzərdə tutur.

AzVision.az



Teqlər:





Xəbər lenti