Ruslar Donetskdə döyüşə hazırlaşır - Şok

Ruslar Donetskdə döyüşə hazırlaşır - Şok
  07 May 2014    Oxunub:943
Təxminən 50-yə yaxın rusiyameyilli separatçı Donetskdə yerləşən daxili qoşunların hissəsinə hücum etməyə hazırlaşır.

AzVision.az xəbər verir ki, hərbi hissənin rəhbərliyi hərbi qulluqçulara hücuma hazır olmağı əmr edib. Əsgərlər döyüşə hazırlıq vəziyyətində hissənin qapısı arxasında mövqe tutub.

Yerli insanların verdiyi xəbərlərə görə, terrorçular gülləkeçirməz jiletlər geyinərək bir-birinə Kalaşnikov avtomatlar paylayır. Hazırda vəziyyət gərgin olaraq qalır.

Qeyd edək ki, Ukraynanın Slavyansk şəhərində bu gün keçirilmiş antiterror əməliyyatı nəticəsində 8 nəfər ölüb, 16 nəfər güllə yarası ilə xəstəxanalara yerləşdirilib. Yaralıların vəziyyəti ağır və orta ağır qiymətləndirilir.

Ukrayna DİN rəhbəri Arsen Avakovun verdiyi açıqlamaya əsasən, ötən gün keçirilmiş antiterror əməliyyatı nəticəsində 30-dan çox terrorçu öldürülüb. (Anspress)


Teqlər:





Xəbər lenti