Kürdəmirdə müğənni və sürücüsü toyda döyülüb

   Kürdəmirdə müğənni və sürücüsü toyda döyülüb
  14 Oktyabr 2022    Oxunub:1067
Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub.
DİN-dən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti