FHN Sumqayıtdakı yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB

FHN Sumqayıtdakı yanğınla bağlı məlumat yayıb -  YENİLƏNİB
  13 Oktyabr 2022    Oxunub:1131
Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsi, 34 ünvanında yerləşən şüşə sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə AzVision.az -a FHN-in Mətbuat xidmətindən bildirilib.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 500m² olan şüşə emalı sexinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 600m² olan şüşə qabları istehsalı sexinin yanar konstruksiyaları 80m² sahədə, içərisində olan soba yanıb.

Sexin qalan hissəsi, bitişik anbar və talvar yanğından mühafizə olunub.

***
Sumqayıtda sexdə baş vermiş yanğın söndürülüb.
Bu barədə AzVision.az -a FHN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının şüşə istehsalı sexində baş verdiyi müəyyən olunub.

Yanğından mühafizə bölmələrinin operativ fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Əlavə məlumat veriləcək.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti