Şuşa ilə bağlı yeni sayt fəaliyyətə başladı

Şuşa ilə bağlı yeni sayt fəaliyyətə başladı
  10 Oktyabr 2022    Oxunub:4102
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində sayt fəaliyyətə başlayıb. Təşkilatdan verilən məlumata görə, sayt https://loveshusha.com adlanır.
Milli Xalça Muzeyinə qədim Şuşa xalçası hədiyyə olunub - FOTOLAR
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda layihə çərçivəsində görülən işlər, Şuşanın tarixi, Vətən Müharibəsindən sonra şəhərdə qısa müddət ərzində gerçəkləşdirilən layihələrlə bağlı məlumatların yerləşdirilməsi nəzərdə tutulur. Saytın “Mədəniyyət” bölməsində Şuşada keçirilən mədəni tədbirlərlə bağlı geniş məlumatlar verilir.

Qalereya bölməsində Şuşanın bu günü ilə bağlı foto və videolar yerləşdirilir. Elektron nəşrdə tanınmış şuşalılardan müsahibələrə, Şuşa sakinlərinin doğma şəhərləri ilə bağlı xatirələrinə də yer verilir. Bundan başqa işğal zamanı Şuşa sakinlərinin Şuşadan çıxardığı mənəvi dəyəri olan əşyalarla da bağlı foto və yazılı məlumatların sayta yerləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, https://loveshusha.com saytının fəaliyyəti layihə bitdikdən sonra təşkilatın əməkdaşları və könüllülərin sayəsində davam etdiriləcək.



Teqlər: Şuşa  





Xəbər lenti