Şuşa ilə bağlı filmin çəkilişləri yekunlaşdı

Şuşa ilə bağlı filmin çəkilişləri yekunlaşdı
  10 Oktyabr 2022    Oxunub:1279
“Şuşanı tanıyaq, tanıdaq!” layihəsinin icrası davam edir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində film çəkilişləri və şuşalıların işğal zamanı Şuşadan çıxardığı əşyaların toplanılması prosesi başa çatıb.
Bu barədə layihənin rəhbəri Lalə Azərtaş məlumat verib. Onun sözlərinə görə, “Şuşanın 270” anı adlandırılan filmin çəkilişləri Şuşada və Bakı şəhərində tarxi məkanlarda aparılıb. 44 nəfərlik yaradıcı heyətin ərsəyə gətirdiyi bədii-sənədli film tarixi hadisənin motivləri əsasında çəkilib, filmdə tarixi şəxsyyətlərin obrazları canlandırılıb.

Hazırda film üzərində son tamamlama işləri aparılır. Layihə rəhbəri əlavə edib ki, “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində toplanılan və Şuşa sakinləri üçün mənəvi dəyəri yüksək olan əşyaların peşəkar səviyyədə fotoları çəkilib, həmin əşyalar haqqında azərbaycan, rus və ingilis dillərində məlumatlar hazırlanıb. Əşyaların fotoları və onların həyat hekayələri layihə çərçivəsində yaradılan https://loveshusha.com saytına yerləşdirilir. Bundan başqa həmin məlumatlar və şəkillər üç dildə - azərbaycan, ingilis, və rus dillərində çap olunacaq jurnalda da dərc ediləcək.


Teqlər: Şuşa  





Xəbər lenti