Moldova-Azərbaycan iqtisadi komissiyasının iclası keçiriləcək

   Moldova-Azərbaycan iqtisadi komissiyasının iclası keçiriləcək
  10 Oktyabr 2022    Oxunub:1086
"Son on ildə ilk dəfədir ki, Moldova-Azərbaycan iqtisadi komissiyasının iclası keçiriləcək".
Bu barədə Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşü zamanı bildirib.

"Biz, sözün əsl mənasında, müxtəlif səviyyələrdə çoxsaylı səfərlər etmişik. Şadam ki, həmin rəsmi səfərlər əsnasında biz ikitərəfli münasibətlərimizin 30 iliyini qeyd etmişik. Həmçinin hesab edirik ki, siyasi, iqtisadi və humanitar əlaqələr çox sıx olmuşdur və təkmilləşmişdir. Lakin onların potensialı daha böyükdür.

Buna görə mən nəinki Baş nazir və müvafiq nazirlərlə, eləcə də işgüzar dairələrlə görüşməyi səmimiyyətlə arzulayıram. Son on ildə ilk dəfədir ki, Moldova-Azərbaycan iqtisadi komissiyasının iclası keçiriləcək. Əminəm ki, enerji, iqtisadi, ticari və sosial sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün bizim çox məhsuldar müzakirələrimiz olacaq", - Moldovanın hökumət başçısı qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti