Türkiyə İsrailə səfir təyin edib

 Türkiyə İsrailə səfir təyin edib
  06 Oktyabr 2022    Oxunub:612
Türkiyə Şakir Özkan Torunları İsrailə səfir təyin edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb. İxtisası sosioloq olan Şakir Özkan Torunlar ingilis və fransız dillərini bilir. O, Türkiyə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, ötən ay İsrail Xarici İşlər Nazirliyinin təcrübəli diplomatı İrit Lillia Türkiyəyə səfir təyin edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti