“Bahalı evləri ucuz qiymətə satan” ələ keçdi

“Bahalı evləri ucuz qiymətə satan” ələ keçdi
  05 Oktyabr 2022    Oxunub:728
Bakıda “bahalı evlərin ucuz qiymətə satışı” adı altında elanlar yerləşdirməklə vətəndaşları aldadan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, daşınmaz əmlak saytlarında “bahalı evlərin ucuz qiymətə satışı” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadaraq “beh” alan 1989-cu il təvəllüdlü Röyal Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. O, ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib.

Araşdırmalar davam etdirilir. DİN vətəndaşlara tövsiyə edir ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər.

AzVision.az


Teqlər:





Xəbər lenti