Ukraynada ölənlərin sayı sürətlə artır

Ukraynada ölənlərin sayı sürətlə artır
  06 May 2014    Oxunub:1512
Rəsmi Kiyevin Ukraynanın cənub-şərqində keçirilən anti-terror əməliyyatları nəticəsində daha 4 Ukrayna hərbçisi ölüb.
AzVision.az-ın məlumatına görə, bu barədə Ukrayna DİN rəhbəri Arsen Avakov bildirib.

“Bizim itkilərimiz 4 hərbçi və 20 yaralıdır”, - nazirin “Facebook” sosial şəbəkəsində yerləşdiyi məlumatda bildirilir.

O vurğulayıb ki, yerli separatçıların itkiləri 30-dan çoxdur. Əməliyyatlar nəticəsində onlarla separatçının öldüyü də bildirilir.

Qeyd edək ki, daha əvvəl Ukrayna DİN-i məlumat yaymışdı ki, bazar ertəsi toqquşmalar nəticəsində 8 hərbçi ölüb. Eyni zamanda özünümüdafiə dəstələrinin rəhbəri İqor Strelkov Rusiya KİV-nə açıqlamasında bildirib ki, Ukrayna ordusunun Slavyanskda blokpostu atəşə tutması nəticəsində ən azı 10 insan ölüb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti