Ter-Petrosyan: "Koçaryan Paşinyanı devirməyə çalışır"

      Ter-Petrosyan:    "Koçaryan Paşinyanı devirməyə çalışır"
  04 Oktyabr 2022    Oxunub:1036
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hesab edir ki, onun hakimiyyətlə müxalifət arasında təklif etdiyi dialoq ikinci prezident Robert Koçaryanın və baş nazir Nikol Paşinyanın günahı ucbatından pozulub.
Ter-Petrosyanın şərhini onun mətbuat katibi Arman Musinyan sosial şəbəkədə yazıb. Musinyanın sözlərinə görə, birinci prezidentin dünənki reaksiyasından sonra çoxları belə qənaətə gəlib ki, Ter-Petrosyan dialoqu korlayıb.

Amma o hesab edir ki, bu dialoq Robert Koçaryanın üç saatlıq mətbuat konfransı və Nikol Paşinyanın iki saatlıq müsahibəsi nəticəsində pozulub.

Ter-Petrosyan indi belə qənaətə gəlib ki, Koçaryan hər cür yolla Paşinyanı devirməyə , ikincisi nəyin bahasına olursa olsun hakimiyyətini qoruyub saxlamağa çalışır. Bu şəraitdə dialoq körpüləri yandırılır.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti