Bolqarıstanda partlayış - 3 nəfər ölüb

   Bolqarıstanda partlayış -   3 nəfər ölüb
  04 Oktyabr 2022    Oxunub:351
Bolqarıstanın Kazanlak şəhərində iri odlu silah və sursat istehsalçısı olan “Arsenal”ın zavodunda partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb.
Bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb. Daha əvvəl bir nəfərin öldüyü, üç nəfərin yaralandığı barədə məlumat verilmişdi. Partlayış yerli vaxtla saat 11:00 radələrində pirotexniki vasitələrin saxlanıldığı anbarda baş verib.

“24 Hours”ın məlumatına görə, üç qadın xəstəxanaya yerləşdirilib, zavodun daha iki işçisinin axtarışları davam edir.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti