Lukaşenko: "Belarus Rusiyanın xüsusi hərbi əməliyyatlarında iştirak edir"

      Lukaşenko:    "Belarus Rusiyanın xüsusi hərbi əməliyyatlarında iştirak edir"
  04 Oktyabr 2022    Oxunub:685
Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Rusiyanın xüsusi hərbi əməliyyatlarında iştirak etdiyini etiraf edib. Lakin eyni zamanda o Belarus əsgərlərini Ukraynaya göndərməkdən imtina edib.
"Belta" nəşri prezidentin fikrindən sitat gətirib: "Müxtəlif səbəblərdən şayələr yayırlar. Rusiya səfərbərlik elan edib, ona görə də sabah Belarusda səfərbərlik elan olunacaq. Bir daha vurğulayıram, səfərbərlik elan etməyə ehtiyac yoxdur. Xoşbəxtlikdən bizim ərazimizdə müharibə yoxdur. Belarus Rusiyanın xüsusi hərbi əməliyyatlarında iştirak edir, lakin əsgərlərimiz göndərmirik”.

Minsk rəhbəri vurğulayıb ki, o, Belarus silahlı qüvvələrini modernləşdirir.

"Artıq bir neçə dəfə demişəm, bir daha vurğulayacağam. Bu yaxınlarda bir əclaf "Lukaşenko müharibəyə hazırlaşır" başlığı ilə çıxış etdi. Tamamilə doğrudur. Nə qədər ki, mən prezident vəzifəsində çalışacağam, o qədər də müharibəyə hazırlaşacağam. Bunu mən düşünməmişəm - "Əgər sülh istəyirsənsə, onda müharibəyə hazır ol". Biz artıq beşinci dəfədir ki, silahlı qüvvələrimizi müasirləşdiririk, onları yaranmış vəziyyətə uyğunlaşdırırıq. İlk növbədə, müharibələrdən, planetdə baş verən münaqişələrdən müvafiq nəticələr çıxarırıq”, - Lukaşenko əlavə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Belarus  





Xəbər lenti