Zelenski Putinlə danışıqların mümkünsüzlüyünə dair sərəncam imzaladı

   Zelenski Putinlə danışıqların mümkünsüzlüyünə dair sərəncam imzaladı
  04 Oktyabr 2022    Oxunub:899
Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Putinlə danışıqların mümkünsüzlüyü ilə bağlı qərarını təsdiqləyib.
Müvafiq sərəncam artıq Ukrayna liderinin saytında dərc olunub.

Sentyabrın 30-da Vladimir Putin Ukraynanın dörd bölgəsinin - Donetsk, Luqansk, Zaporojye və Xersonun bir hissəsinin ilhaq edildiyini elan edib. Bundan sonra Rusiya prezidenti Ukraynaya danışıqlar təklif edib.

Həmin gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirilib. Görüşdən sonra Vladimir Zelenski bildirmişdi ki, Kiyev Rusiya ilə danışıqlara hazırdır, amma Prezident başqası olarsa.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti