Rusiya Sibir və Suriyadakı hərbi kontingenti Ukraynaya cəlb edir

   Rusiya  Sibir və Suriyadakı  hərbi kontingenti Ukraynaya cəlb edir
  04 Oktyabr 2022    Oxunub:481
Moskva Rusiya Qvardiyasının Sibir bölmələrini və Suriyadakı kontingentini Ukraynaya gətirməyi planlaşdırır. Bu arada səfərbər olunmuş işğalçılar öz mövqelərini özbaşına tərk edıilər və spirtli içkilər qəbul edirlər.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook səhifəsində məlumat yayıb.

"Putin səfərbərlik problemlərini anlayır" - Britaniya kəşfiyyatı
Baş Qərargah onu da bildirib ki, mövcud məlumatlara görə, bu yaxınlarda yaradılan və Ukrayna ərazisinə köçürülən 3-cü Ordu Korpusunun bölmələri qarşıya qoyulan vəzifələri səmərəli şəkildə yerinə yetirə bilmir.

“Köhnəlmiş, istifadəyə yararsız silah və hərbi texnika, şəxsi heyətin öz mövqelərini icazəsiz tərk etmələri və döyüş tapşırığını yerinə yetirməkdən imtina etmələri, spirtli içkilərdən istifadə, hərbi intizamın sistematik şəkildə pozulması düşmənin hərbi hissələrindəki bölmələrin ruhdan düşməsinin əsas səbəbləridir", - hesabatda deyilir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ukrayna  







Xəbər lenti