Şimali Koreyanın atdığı raket Yaponiyanın üzərindən keçib

Şimali Koreyanın atdığı raket Yaponiyanın üzərindən keçib
  04 Oktyabr 2022    Oxunub:383
Koreya Xalq Demokratik Respublikası (KXDR) oktyabrın 4-də daha bir ballistik raket buraxıb.
AzVision.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Şimali Koreyanın Caqanq vilayətində yerli vaxtla səhər 7:23-də buraxılan ortamənzilli ballistik raket təxminən 970 kilomert hündürlüyə qalxaraq 4500 kilometr məsafə qət edib.

Bildirilir ki, raket Yaponiya üzərindən uçub keçib. Bu, son 10 gündə Şimali Koreyanın 5-ci və ən böyük raket buraxılışıdır.

Qeyd edək ki, KXDR ilin əvvəlindən bəri bir neçə dəfə ballistik və hipersəsli raket buraxılışı həyata keçirib.

AzVision.az

Teqlər:







Xəbər lenti