ABŞ-da “İen” qasırğasında ölənlərin sayı 98 nəfərə çatıb

ABŞ-da “İen” qasırğasında ölənlərin sayı 98 nəfərə çatıb
  04 Oktyabr 2022    Oxunub:849
ABŞ-ın Florida ştatında “İen” qasırğası nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb.
AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, Floridada 94 nəfərin və Şimali Karolinada 4 sakinin ölümü təsdiqlənib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, daha əvvəl qasırğa nəticəsində 87 nəfərin öldüyü bildirilirdi. Dördüncü kateqoriyalı "İen" qasırğasının Florida ştatına vurduğu zərərin aradan qaldırılması üçün illər tələb olunduğu bildirilir.

Ştatda 630 mindən çox istehlakçı işıqsız qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti