Rusiyada məktəbli qız hərbi komissarlığı yandırmaq istədi

   Rusiyada məktəbli qız hərbi komissarlığı yandırmaq istədi
  03 Oktyabr 2022    Oxunub:563
Rusiyanın Kazan şəhərinəd hərbi komissarlığın binasını yandırmağa cəhd edən 17 yaşlı məktəbli qız saxlanılıb.
Bu barədə “Shot” portalı məlumat yayıb. Qeyd olunub ki, oktyabrın 3-də səhər saat 4 radələrində qız Sovet rayon Komissarlığına gələrək iki ədəd “Molotov kokteyli” hərbi komissarlığın binası istiqamətində atıb, lakin butulkalar binanın ərazisindəki ot örtüyünün üzərinə düşüb. On birinci sinif şagirdi tapılaraq polis şöbəsinə aparılıb. Portalın məlumatına görə, bu hadisədən əvvəl o, yetkinlik yaşına çatmayanlarla iş şöbəsində qeydiyyatda olmayıb.

Digər oxşar hadisə səhər saat 5 radələrində Krasnoyarskda, Krasnodarskaya küçəsində baş verib. Binaya iki molotov kokteyli atılıb. Yanğın asayiş keşikçiləri tərəfindən tez söndürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti