Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları təxirə salına bilər

   Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları təxirə salına bilər
  03 Oktyabr 2022    Oxunub:524
Avropa İttifaqının yeni anti-Rusiya sanksiyaları paketinin tətbiqi bəzi ölkələrin Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaq niyyəti ilə razılaşmaması səbəbindən təxirə salına bilər.
Bu barədə Politico məlumat yayıb. Yeni sanksiyalar paketinin əsas bəndi Rusiya neftinin qiymətinin yuxarı həddinin tətbiqi olmalıdır.
Belə ki, Aİ-yə təzyiqlər artır, lakin tankerləri Rusiya neftinin böyük hissəsini daşıyan Macarıstan, Yunanıstan, Kipr və Malta hələ də sanksiyaların tətbiqinə mane olur. Bu dövlətlər yeni sanksiyalar paketinin qəbuluna təkbaşına veto qoya biləcəklər.

Beləliklə, Macarıstan israr edir ki, Rusiya neftinin qonşu ölkələrə reeksport edilməsinə icazə verilsin. Çünki, ölkə son sanksiyalar paketindən istisnalara uyğun olaraq onu boru kəməri ilə almağa davam edir. Nəşrin mənbəsinin sözlərinə görə, Aİ bu neftin qiymətini məhdudlaşdıra bilər və sonra Budapeşt veto hüququnu itirəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti