Litva vizası olan 300 Rusiya vətəndaşını ökəyə buraxmadı

   Litva vizası olan 300 Rusiya vətəndaşını ökəyə buraxmadı
  03 Oktyabr 2022    Oxunub:579
Şengen vizası olan Rusiya vətəndaşlarının Litvaya girişinə qadağa qoyulduğu müddətdə Baltikyanı respublika 300-dən çox şəxsin sərhədi keçməsinə icazə verməyib.
Bunu Litvanın Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizə Xidmətinin rəisi Rustamas Lyubaevas deyib. Onun sözlərinə görə, sentyabrın 19-dan bu günə kimi 305 Rusiya vətəndaşı Litvaya buraxılmayıb. Xidmətin məlumatına görə, sentyabrın 19-dan indiyədək 19500-ə yaxın rusiyalı sərhədi ümumi qaydada keçib. Əsasən bunlar Kalininqrad vilayətinə tranzit sərnişinlər idi.

Sentyabrın 19-dan etibarən Estoniya, Latviya, Litva və Polşa rusların pasportlarında etibarlı Şengen vizası olsa belə, ölkəyə girişi bağlayıb. Giriş qadağası turizm məqsədi ilə səyahət edən şəxslərə şamil edilir. Qohumları ilə görüşmək və digər humanitar səbəblərdən bu ölkələrdən birinə daxil olmaq istəyənlərin girişi hələ də açıqdır.

AzVision.az


Teqlər:





Xəbər lenti