Lukaşenka Almaniya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib

Lukaşenka Almaniya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib
  03 Oktyabr 2022    Oxunub:664
“Belarus Almaniya ilə əməkdaşlığa hazırdır”.
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, rəsmi Minsk Berlinlə bərabərhüquqlu dialoqa və praqmatik əməkdaşlığa, həmçinin bu il 30 yaşı tamam olan ikitərəfli münasibətlərin daha da inkişafına açıqdır.

Lukaşenka xatırladıb ki, Berlin divarının yıxılması və Almaniyanın birləşməsi Avropada davamlı sülh və təhlükəsizliyə ümid verib.
“Təəssüf ki, bu gün biz yenidən qarşıdurma dövrünə qayıdırıq, o zaman ki, Avropanın lap ürəyində ölkələr arasında divarlar hörülür”, - Belarus prezidenti bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti