Türkmənistan Çinə qaz ixracını artırmağa çalışır

Türkmənistan Çinə qaz ixracını artırmağa çalışır
  03 Oktyabr 2022    Oxunub:630
“Türkmənistan Çinə təbii qaz tədarükünü artırmağa çalışır”.
Bunu parlamentin yuxarı palatasının rəhbəri və keçmiş prezident Qurbanqulu Berdiməhəmmədov deyib. “Biz Çin iqtisadiyyatının artan tələbatını və Türkmənistanın resurs bazasının imkanlarını nəzərə alaraq, ölkənin təbii qazının tədarük həcminin artırılması məsələləri üzərində işləyirik. Bununla əlaqədar, biz Türkmənistandan Çinə dördüncü boru kəməri marşrutunun tikintisi imkanlarının əsaslı müzakirəsinə hazırıq”-deyə, o bildirib.

Q. Berdiməhəmmədov həmçinin qeyd edib ki, Aşqabad və Pekin nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət yetirir, burada Türkmənistan Çini özünün ən mühüm tərəfdaşı hesab edir.

AzVision.az



Teqlər:





Xəbər lenti