Belçikanın Baş naziri Avropanın gələcəyinə şübhə ilə yanaşır

 Belçikanın Baş naziri Avropanın gələcəyinə şübhə ilə yanaşır
  03 Oktyabr 2022    Oxunub:563
“Rekord inflyasiya, qiymət artımı və enerji sektorunda çətinliklər fonunda Avropanın inkişafına inanmaq çətindir”.
Bunu Belçikanın Baş naziri Aleksandr De Kroo bildirib. “Avropanın rifahında böyük bir azalma var. Hazırkı vəziyyətdə tərəqqiyə inanmaq çətindir, irəliləyiş əldə etmək çox çətindir”, - Kroo bildirib.

“Politico” nəşri qeyd edib ki, pandemiyadan sonra başlayan mövcud vəziyyət, iqtisadi böhran və Avropada miqrantlarla bağlı problemlər fonunda əhali arasında tədricən siyasi mənzərənin bir hissəsinə çevrilən ifrat sağçı partiyalara dəstək artır.

Oslo Universitetinin tədqiqatçısı Katrin Torleyfssonun qeyd edib ki, ifrat sağçı qüvvələr qloballaşan böhranlara millətçi, proteksionist həllər təklif edirlər.

AzVision.az





Teqlər:





Xəbər lenti