İki mindən çox rusiyalı Gürcüstanda yaşamaq icazəsi alıb

  İki mindən çox rusiyalı Gürcüstanda yaşamaq icazəsi alıb
  03 Oktyabr 2022    Oxunub:651
Fevral-sentyabr aylarında Gürcüstanın Ədliyyə Nazirliyi 2 mindən çox rusiyalının respublikada yaşamaq icazəsi ilə bağlı müraciətini təmin edib.
Məlumata görə, 3,2 mindən çox rusiyalı Gürcüstanda yaşamaq üçün müraciət edib. 708 vətəndaşa rədd cavabı verilib, 89 müraciətə baxılır. Qeyd olunub ki, fevral-sentyabr ayları ərzində 33 mindən çox Rusiya vətəndaşı respublikada daşınmaz əmlak alıb.

Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, bu ilin yanvar-avqust aylarında Gürcüstana 617 mindən çox rusiyalı turist səfər edib. Bu, bir il əvvəl qeydə alınan eyni göstəricidən təxminən altı dəfə çoxdur.

AzVision.az




Teqlər:





Xəbər lenti