Xamenei etirazlardan danışdı: "ABŞ və İsrailin planıdır"

      Xamenei etirazlardan danışdı:    "ABŞ və İsrailin planıdır"
  03 Oktyabr 2022    Oxunub:344
İranın ali dini lideri Ayətullah Xamenei ABŞ və İsraili Məhsa Əmininin ölümündən sonra başlayan iğtişaşların təşkilində ittiham edib. Bu barədə Xamenei Tehranda polis universitetində keçirilən buraxılış mərasimində bildirib.
“Mən birbaşa deyirəm ki, bu iğtişaşlar və təhlükəsizlik problemləri ABŞ-ın, işğalçı və saxta sionist rejimin planıdır". Xamneyi deyib ki, xaricdəki bəzi xəyanətkar iranlılar onlara kömək ediblər.

Xamneyinin sözlərinə görə, Məhsa Əmininin ölümü bədbəxt hadisə olub və insanlar rəsmi araşdırmanın nəticəsini gözləmədən hadisəyə şiddətli reaksiya verməməli idilər.

İran sakinləri səhv hicab geyindiyinə görə saxlanılan Məhsa Əmininin ölümündən sonra sentyabrın 18-dən etiraz aksiyası keçirirlər. Ölümün rəsmi səbəbi qızın ürək problemləri olub. Hadisə şahidlərinin sözlərinə görə, qız asayişin nümayəndələri tərəfindən döyülüb. Əminin yaxınları onun səhhətində problem olmadığını iddia edirlər.

Şahanə Rəhimli

AzVision.az

Teqlər:







Xəbər lenti