Rusiya ilə Latviya sərhədində növbə - 705 avtomobil gözləyir

      Rusiya ilə Latviya sərhədində növbə    - 705 avtomobil gözləyir
  03 Oktyabr 2022    Oxunub:697
Pskov yaxınlığında Rusiyadan Latviyaya gedənlərin növbəsi bir həftə ərzində 705 avtomobilə çatıb. Bu barədə Federal Gömrük Xidməti məlumat yayıb.
Belə ki, Buraçki keçid məntəqəsinin qarşısındakı avtomobillərin sayı 280 ədəddir. Ubylinka keçid məntəqəsində 280 avtomobil Rusiyanı tərk etmək üçün növbəyə yazılıb. Və "Ludonka" keçid məntəqəsində - 145 avtomobil növbədədir.

Qeyd olunur ki, bir həftə əvvəl bu üç keçid məntəqəsində Rusiyanı tərk etmək üçün ümumilikdə 156 avtomobil növbədə olub. Beləliklə, bir həftə ərzində növbə 4 dəfədən çox artıb.

Sentyabrın 19-dan Latviya, Litva, Polşa və Estoniya turizm, mədəniyyət, idman və biznes məqsədləri üçün gələn Aİ vizası olan rusların Şengen zonasına girişini məhdudlaşdırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti